Mini Boss School Bakının təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startap çempionatı keçirilib. Çempionatda 20 fərqli komanda “sərfəli” və “səciyyəvi” kateqoriyalarında mübarizə aparıb.
Mini Boss School Bakının direktoru Alina Xələfova bildirib ki, bu, təhsil ilinin son günüdür. O, qeyd edib ki, bu məktəb 8 illik fəaliyyəti dövründə uşaqları startaplarla çıxış etməyə hazırlayır.
"Burada həm poliqrafiya, həm də qida sahəsində layihələr var. Həmçinin, istilik sahəsində, qida sahəsində və düşünürəm ki, Azərbaycanın kifayət qədər aktual olan, belə deyək, belə bir ideyalar ərsəyə gəlir."
Layihələr qiymətləndirilərkən onların kəşfiyyatlılığı, innovativliyi, mediada işıqlandırılması, mülkiyyətçilərin suallarına cavab vermə bacarığı kimi meyarlar əsas götürülüb.
Mini Boss Business School Bakının direktoru Nərminə Həsənova qeyd edib ki, iştirak edən layihələrin təxminən 40 faizi milli irsimizi və mədəniyyətimizi əks etdirən ideyalardır.
"Uşaqların hər biri öz ideyasını irəli sürür, bu seçimə görə mən düşünürəm ki, Azərbaycanın həm mənəviyyatını, həm də iqtisadiyyatını gücləndirən amillərdən dolayı belə bir ideyalar ərsəyə gəlir."
Jurnalist Leman Hacızadə bildirib ki, Azərbaycanın milli ədəniyyəti və tarixi çox zəngindir.
"Biz də tələbələrimizlə qərara gəldik ki, Azərbaycanımızın milli ədəniyyətindən, xalçaçılıq adət-ənənəmizdən biri olan xalçaçılıqla bağlı belə bir ideyalar təqdim eləyək. Mən düşünürəm ki, bu, bizim ictimaiyyətə daha yaxşı təqdim olunar."
Qeyd edək ki, cari ilin aprel ayında keçirilən startap forumunda iştirakçı komandalar öz biznes və sosial layihələrini yerli biznes ictimaiyyətinə, sahibkarlara və investorlara təqdim ediblər.
Münsiflər heyətinin qiymətləndirmələri əsasında seçilən layihələrə ilkin kapital kimi istifadə ediləcək vəsaitlər ayrılacaq.
Bu il startaplar üzrə milli çempionatın finalı 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.