“WhatsApp” mesajlarımız oxunur? - Durovdan iddia - RTV

“WhatsApp” istifadəçilərinin mesajları üçüncü tərəflərə ötürülür. Bu iddia “Telegram”ın təsisçisi Pavel Durov tərəfindən öz messencerindəki şəxsi kanalında paylaşılıb.

Durov “WhatsApp”ın şifrələnməsini tarixdə istehlakçıların ən böyük aldadılması halı adlandırıb. O qeyd edib ki, tətbiq istifadəçilərin mesajlarını oxuyur və üçüncü tərəflərə ötürür.

Pavel Durov bu barədə yazıb:

“Telegram” heç vaxt bunu etməyib və etməyəcək.

O, “WhatsApp”ın milyardlarla istifadəçisini yanlış istiqamətləndirdiyini iddia edib.