Yeni mesajlaşma proqramı istifadəyə verildi - RTV

X sosial şəbəkəsində "XChat" adlı yeni mesajlaşma proqramı istifadəyə verilib.

Yeni xidmətin xüsusiyyətləri barədə şirkətin saytında və rəsmi hesablarında məlumat yerləşdirilib. Tətbiq iOS əməliyyat sistemi istifadəçiləri üçün əlçatandır.

Qeydiyyat üçün telefon nömrəsinə ehtiyac yoxdur; istifadəçilər mövcud X sosial şəbəkə hesabı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Tərtibatçılar bildiriblər ki, messencerdə başdan-başa şifrələmə tətbiq edilib.

Elan edilmiş funksiyalar arasında audio və video zənglər, faylların göndərilməsi, qrup çatlarının yaradılması, mesajların redaktə edilməsi və müəyyən müddətdən sonra yoxa çıxan mesajlar (5 dəqiqə, 1 saat, 1 gün, 1 həftə) yer alır. Həmçinin, tətbiq daxilində ekran görüntülərinin çəkilməsinin bloklanması funksiyası da mövcuddur.