Mart ayına qeyri-iş günlərinin sayı məlum olub. Gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-si-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq. Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq.
Martın 7-si şənbə günüdür. Martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü olacaq. 2026-cı il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən 25 və 26 mart qeyri-iş günləri olacaq.
Martın 20-si-21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdüyünə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq. Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar martın 21-dən 30-na qədər ardıcıl qeyri-iş günləri olacaq.