21 aprelin hava proqnozu açıqlandı - RTV

Azərbaycanda aprelin 21-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısa müddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

<