Milli Hidrometeorologiya Xidməti martın 24-nə olan hava proqnozunu açıqlayıb. RTV telekanalının məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz isə 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Temperatur proqnozuna görə, aran rayonlarında gecə 8-11 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.