28 fevralın hava proqnozu açıqlandı - RTV

Azərbaycanda fevralın 28-ə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qar keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti. Dağlarda gecə 5-10, yüksək dağlı ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.