Azərbaycanın rayonlarında iyulun 12-dən 17-dək hava şəraitində dəyişikliklər gözlənilir. Bu dövrdə ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi rayonlarda yağışın intensivliyi artacaq. Şimşək çaxacağı, dolu düşəcəyi və sel keçəcəyi ehtimal olunur.
Dağlıq və dağətəyi rayonlarda isə yağışın bir qədər güclənəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel və daşqınların keçəcəyi ehtimalı var.