Ağcabədidə yanğın baş verdi - RTV

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib. RTV-nin məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Solmaz Namazovaya məxsus dörd otaqlı evdə yanğın baş verib. Nəticədə evin üç otağı əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşlar yanğını söndürərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar. İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş verən qısa qapanmadır. Faktla bağlı araşdırma aparılır.