Ağdam rayonu ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "KIA" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan Musaev Cavid Əlioğlu və Abdullazadə İlkin Zamiqoğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Cavid Musaevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.