Arzumun mübahisə doğuran cəzası - Məhkəmə qərara aydınlıq gətirdi - RTV

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi, 2022-ci ilin noyabr ayında "Mercedes-Benz" markalı, 99-YP-870 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtünməklə vuraraq yol nəqliyyat hadisəsinə səbəb olan Arzum Hacıyeva barəsində qərar qəbul edib.

Hadisə zamanı avtomobili idarə edən Əməl Musaoğlu idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü Əməl Musaoğlu ölüb, sərnişin Sənanbər Müradoğlu isə ağır bədən xəsarətləri alıb.

Hadisədən sonra Hacıyeva hadisə yerindən qaçaraq Estoniyaya mühacirət edib.

O, Cinayət Məcəlləsinin 263.2.2 və 264.2 maddələri ilə ittiham olunub.

Ekspertiza, Hacıyevanın qəzanın nəticəsindən qaçmağının, zərərçəkənlərlə barışığının olmamasının və azyaşlı uşağının olmasının nəzərə alınaraq ona 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilməsinə əsas vermədiyi qənaətinə gəlib.