Şəmkir rayonunda yol qəzası baş verib. Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 109-cu kilometrliyində, Düyərli kəndi ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Bərdə sakini Nərgiz Məmmədova idarə etdiyi "Toyota Prius" markalı avtomobili yoldan çıxararaq aşırdıb. Nəticədə onun qayınanası müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarətlər alan qayınana Cəmilə Məmmədova xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı məlum olub ki, qəzanı törədən Nərgiz Məmmədovanın sürücülük vəsiqəsi yox imiş. Belə ki, hadisəni törədən gün ərə, qayınanası və azyaşlı qızı ilə Bərdədən Tovuzun Əyyublu kəndinə qonaqlığa gedib. Gedərkən maşını Nərgizin əri idarə edib, lakin məclisdə spirtli içki qəbul etdiyindən qayıdarkən sükan arxasına əyləşib. Qadın sürücü təəccübləşdiyindən səhv yola daxil olub və nəqliyyat vasitəsini idarə etməkdən çıxaraq aşırdıb.
Faktla bağlı aparılan istintaq hərəkətləri nəticəsində məhkəmədə qayınanası şikayətçi olmayıb. Şəmkir rayon Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovaya şərti cəza verilib.