Bakı Metropoliteninin yaşıl və qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumata görə, əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir. Belə ki, martın 4-dən Bakmil stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində Nərimanov Bakmil sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunub.
Bakı Metropoliteni QSC-dən bildirilib ki, sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.