Bakının mərkəzində üç bina sökülür. RTV Qafqaz info-ya istinadən xəbər verir ki, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyov küçəsi 51 ünvanlarında yerləşən beş mərtəbəli və Kövkəb Səfərəliyeva küçəsi iki ünvanda yerləşən çoxmərtəbəli binadan gedir. Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq ordan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür. Əldə olunan məlumatlara görə sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək.