Bayram tonqalında 8 yaşlı uşaq yandı - RTV

Dünən axşam Azərbaycanda ilaxır çərşənbə qeyd edilib. Bu münasibətlə bir çox məhəllələrdə tonqallar qalanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, dünən saat 21:35-də tonqalda yanma səbəbi ilə mərkəzə çağırış daxil olub. Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə yerinə gələn Təcili Tibbi Yardım Briqadası tərəfindən 8 yaşlı azyaşlıya yerində tibbi yardım göstərilib.