Məşhurlara yönəlmiş narkotik istintaqında yeni dalğa çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
Saxlanılanlar arasında "Beşiktaş" futbol klubunun keçmiş prezidenti Fikrət Orman, "Galatasaray" futbol klubunun keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didəm Soydan və Güzidə Duran var.
İstintaq çərçivəsində aktrisa Hande Erçel haqqında da saxlanılma qərarının olduğu bildirilir. Erçelin hazırda xaricdə olduğu qeyd edilib.
Məlumata görə, Fikrət Orman və Güzidə Duran birlikdə saxlanılıb. İş adamı Kerim Sabancı isə xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.