"Bunlar kişi enerjisini yüksəldir" - Mütxəssisdən vacib məlumat - RTV

RTV-də yayımlanan "Bunlar kişi enerjisini yüksəldir" adlı verilişdə mütəxəssis təbii daşların faydaları haqqında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, dünya başdan-başa gözəlliklərdən ibarətdir və bu gözəlliklərdən biri də təbii daşlardır. İnsanlar təbii daşlara müraciət edərək sağlamlıqlarına qovuşa, enerjilərini təmizləyə və daha fərah bir həyata addım ata bilərlər.

Təbii daşlar dənizin dibindən, dağların müəyyən dərinliklərindən çıxarılır və əsrlərlə əmələ gələn minerallardan ibarətdir. Təbii daşların özünə məxsus enerjisi var. Süni daşlar isə fabrikalarda hazırlanır və enerjisi yoxdur.

İstifadə olunan təbii daşlar müəyyən kateqoriyalara bölünür. Hər daşın öz rəngi, ruhu var və ayrı enerjisi olduğuna görə ayrı-ayrılıqda istifadə edilməlidir. İnsanlar daşları nəyə, niyə və hansı hisslərə ehtiyac duyduqlarına uyğun olaraq istifadə etməlidirlər.

Mütəxəssis astrologiyaya inamın artdığını qeyd edərək daşların enerjisini bürclərlə əlaqələndirənlərin olduğunu bildirib. Onun fikrincə, bürcə fokuslanmaqla yanaşı, bürcdən də yayınmaq olmaz. İkisini də tarazda tutmaq lazımdır. Bəzi daşların bürc ilə əlaqəsi yoxdur və hər insan onlardan istifadə edə bilər.

Hər bir daşın insana faydası var, sadəcə düzgün formada istifadə etmək lazımdır. Qadın enerjisini yüksəldən daşlar var və tövsiyə olunur ki, qadınlar bu daşlardan aksesuarlarda istifadə etsinlər. Eyni zamanda kişi enerjisini də yüksəldən pirit və aqat daşları var. Bu daşlardan istifadə etdikdə kişilərin enerjisi yüksək olur.

Daşlar uzun müddət istifadə edildikdə neqativ enerji daşa keçir. İnsanın üzərində olan xəstəlikləri, onların ağırlığını çəkdikdə daş özü də xəstələnir və enerjisini itirir. Bu zaman daşlar təmizlənməlidir.

İnsanların ən çox pul və sevgi üçün daşlara tələbatı var. Çakraları bağlı olduqda nə sevgi, nə ruzi bərəkət olmur. Daşlar çakraları açır və mərkəzləri aktivləşdikcə işlər yoluna düşməyə başlayır. Pul üçün ən yaxşı daşlar pirit və sitrin daşlarıdır. Sevgi üçün isə xanımlar çəhrayı kvarsdan, bəylər qranat daşından istifadə edə bilərlər.