Cəlilabad rayonunun Vənlik kəndi ərazisində körpü leysan yağışlarından sonra yenidən qəzalı vəziyyətə düşüb.
Ötən il güclü yağışlar nəticəsində körpü ciddi zədələnib, sonra müvəqqəti şəkildə bərpa olunub. Yanvar ayında da yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra isə müvəqqəti körpü yenidən bərpa olunub. Leysan yağışları nəticəsində həmin körpünü sel suları yuyub.
Hazırda aidiyyəti qurumlar tərəfindən körpüdə müvəqqəti təmir işlərinə başlanılıb.
Qeyd edək ki, bu körpü rayonun Vənlik, Oğrubulaq və Fətullahqışlaq kənd sakinlərinin rayon mərkəzinə getmələri üçün istifadə etdikləri yeganə körpüdür.