Dərsdən qaçmaq istəyərkən xəstəxanalıq oldu - RTV

Qaradağ rayonundakı 233 nömrəli tam orta ümumi təhsil məktəbinin səkkizinci sinif şagirdi dərsdən qaçmaq istəyərkən ikinci mərtəbənin pəncərəsindən yıxılıb.

Bu barədə məlumatı Bakı Şəhər Üzrə Təhsil İdarəsi yayıb. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyatı qurumlara məlumat verilib. Məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimləri ilə söhbət aparılıb.

Məlumatda vurğulanıb ki, ictimaiyyətdən araşdırma apar