Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı məlumat yayıb. Bildirilib ki, Bakının Sabunçu və Qaradağ rayonlarında qeyri-iş günlərində texniki müayinə mərkəzləri fasiləsiz olaraq hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Məlumatda həmçinin qeyd olunub ki, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, eləcə də təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün qurumun Qeydiyyat İmtahan İdarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.