Əfsanəvi Elnur Məmmədov bomj kimi öldü - RTV

“Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib. RTV-nin bildirdiyinə görə, bu barədə “Axar.az Bu Şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.

Müşfiq Abbasov bildirib ki, Elnur Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVNçinin yetişməsinə müstəsna rol oynayıb. O, 1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən