İdman liseyində baş vermiş güllələnmə hadisəsi ilə bağlı silahın sahibinin cinayət təqibinə cəlb olunduğu bildirilir. Bu məlumat Baş Prokurorluğun İnformasiya Texnologiyaları İdarəsinin sosial şəbəkə səhifəsində aparılan canlı yayımda Baş Prokurorluğun Kriminalistika idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev tərəfindən açıqlanıb.
Orxan Rzayev qeyd edib ki, hadisəni törədən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Silahın sahibi ilə bağlı da cinayət təqibi aparılır.
Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.