Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Həmçinin mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qaruçqunu ehtimalı var.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırımötürücüsü, navalça və antennaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Həmçinin bəzi yüksək dağlıq ərazilərdə yaranan qaruçqunu təhlükəsini nəzərə alaraq qaruçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə