Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda təqsirləndirilən Qürbət Şahverdiyev, cinayət işi üzrə məhkəmənin qərarı ilə 50 min manat məbləğində əmlak ziyanına səbəb olmaqda təqsirli bilinərək 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
RTV Pravda.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Təqsirləndirilən şəxs, keçmiş həyat yoldaşı ilə aralarında mənzildə mübahisə yaranıb. O, əvvəlcə uşaqlarını və keçmiş həyat yoldaşını evdən çıxarıb, sonra isə siqaret yandırarkən istifadə etdiyi alışqanı yanan vəziyyətdə yatağın üzərinə atıb.
Daha sonra evinin yandığını görən təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf edib.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, hadisədən bir neçə gün əvvəl Şahverdiyev ona "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.