Mingəçevirdə ağır qəza - Xəsarət alanlar var - RTV

Mingəçevir şəhərində ötən gecə iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, "Opel" markalı avtomobil hərəkətdə olarkən mini avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra yaralılardan 5 nəfər ambulator müalicəyə buraxılıb.

Xəsarət alanlardan Rəvanə Cəfərovanın vəziyyəti daha ağır olduğundan o, xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.