Qazax rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxanaya hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normal olduğu üçün onlar evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.