Ramazan Bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Qazılar Şurasının fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.
Həmçinin qeyd edilib ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 8:00, Təzəpir məscidində isə 9:00-a təyin edilib.