Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəllər Daşbulaq kəndində qeydə alınıb.
2002-ci il təvəllüdlü Ələkbərov Sərxan Fikrət oğlunun idarə etdiyi Vaz 2107 markalı avtomobil, 1974-cü il təvəllüdlü Cəfərov İmaməddin Həsənoğlunu vurub. 52 yaşlı piyada ağır xəsarət alıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.