Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən polad əritmə sexində partlayış baş verib. RT-yə istinadən xəbər verilir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində fəhlələr - 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakiroğlu Davudov və 1997-ci il təvəllüdlü Coşqun Ruşanoğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.