Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. RTV APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Müzəffəroğlu Ağayev və 1971-ci il təvəllüdlü Yunus Müzəffəroğlu Ağayev həyatlarını itiriblər. Onlar qardaş idilər.
Hadisə zamanı 1991-ci il təvəllüdlü Sənan Nəsrəddin oğlu Ağayev və Könül Tərlan qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilkin olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilk tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.