"Vito" 42 yaşlı qadını vurdu - RTV

Lənkəranda nəqliyyat vasitəsi piyadanı vurub. Ağır xəsarət alan piyada xəstəxanaya hospitalizasiya olunub.

Hadisə səhər saatlarında Köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib. 37 yaşlı Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən piyada, Astara rayonunun Taxtakəran kənd sakini 42 yaşlı Leyla İbrahimovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Leyla İbrahimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri ilkin tibbi yardım xidmətləri göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. O, marşrutdan düşüb yolu keçmək istəyərkən qəza baş verib. Faktla bağlı araşdırma aparılır.