Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zərdab-Mollakənd avtomobil yolunun rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 77-TP-841 dövlət nömrə nişanlı "Hyundai Santa Fe" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə Nəsibov Rasim Yaquboğlu və Nəsibova Paket Kamranqızı hadisə yerində həyatını itirib.
Şahid Əsgər Qurbanov hadisə barədə danışıb:
"Bakıdan gəlmişdilər. Ağcabədidə yaşayış yerləri varmış, əslən Laçın rayonunun Fingə kəndindəndirlər. Buraya gəlib qəzaya düşüblər. Biz gəlib gördük ki, maşın suya düşüb, üç-dörd nəfər maşını saxlayıb şüşələri qıraraq köməklik ediblər."
Əsgər Qurbanov qəzanın səbəbləri haqqında da məlumat verib:
"Qəzanın səbəbi sürət və ya həmin yolun kəskin döngəsi ola bilər. Həmin ərazidə qəzalar tez-tez baş verir."
Hadisə zamanı avtomobildə olan digər dörd nəfər – Vidadi Nəsibov, Vəkil Abuşov, Ramilə Baxışova və Umud Mütəllimov müxtəlif dərəcəli xəsarətlər alıblar. Sürücü və üç s