Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkəsi Suriyaya qaz nəql edir və qonşu ölkələrə də qaz nəql etmək imkanına malikdir.
Bu fikirlər Prezident İlham Əliyevin dördüncü Şuşa Qlobal Media Forumunun açılışında səslənib. O, qeyd edib ki, Avropalı tərəfdaşlarla danışıqlar zamanı bu məqama toxunub və uzunmüddətli müqavilələrə ehtiyac olduğunu vurğulayıb. Dövlət başçısı qaz nəql sisteminin genişləndirilməsinin zəruriliyini də qeyd edib.