Gürcüstan parlamentinin sədr müavini Sozar Subari bəyan edib ki, Azərbaycan, Türkiyə və Ermənistanla olan münasibətlər Gürcüstanın iqtisadi inkişafına və təhlükəsizliyinin təminatına zəmin yaradır.
Sozar Subari bildirib ki, Gürcüstan təhlükəsizliyini qorumalı və çoxvektorlu siyasətin inkişafı üçün əlindən gələni etməlidir.
Vitse-spiker Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə də toxunaraq vurğulayıb ki, ölkə Avrointeqrasiya yolundadır. O qeyd edib ki, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə 2030-cu il üçün daha hazırlıqlı olacağını bəyan edib.
"Biz artıq bu yoldayıq və əgər o vaxta qədər Avropa İttifaqı mövcud olacaqsa, biz üzvlüyə hazır olacağıq", - deyə Sozar Subari bildirib.
Sozar Subari Gürcüstanın NATO-ya qoşulması perspektivlərini də şərh edərək deyib ki, Ukrayna nümunəsi alyansın qapılarının heç zaman illərdir bəyan edildiyi kimi açıq olmadığını sübut edib.