Bakıda Azərbaycan və Ermənistan nümayəndələri dəyirmi masa keçirdi - RTV

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb. Dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi müzakirə olunub.

Qeyd edək ki, erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub. Onlar bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçiblər.