Baş nazir qərar imzaladı - RTV

Nazirlər Kabineti 26 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Kosmik Agentliyin nizamnaməsində dəyişiklik edib. Bu dəyişikliklə əlaqədar olaraq Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Azərkosmos"un nizamnamə kapitalı 94 milyon manat, yaxud 19,85 faiz artırılıb. Nəticədə, kapital 473 milyon 605 min 880 manatdan 567 milyon 605 min 880 manata çatdırılıb.