Yanvarın 20-də Davosda Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Jamie Damonla görüşüb.
RTV-nin məlumatına görə, İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkənin digər qurumları ilə "J.P. Morgan" arasında əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Jamie Damon Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirərək, ölkədə sabit investisiya mühitinin olduğunu və Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və mikroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.