Ermənistan Respublikasının keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin satışından əldə edilən gəlirin böyük hissəsi dövlətə geri qaytarılacaq.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Ermənistan tərəfinin tələbi ilə Amerika məhkəməsi tərəfindən müsadirə edilən Qaqik Xaçatryanın malikanəsi 36 milyon dollara satılıb.
Qaqik Xaçatryan 2014-cü ildən 2016-cı ilə qədər Ermənistanın maliyyə naziri vəzifəsində çalışıb. O, bundan əvvəl, 2008-ci ildən 2014-cü ilə qədər Respublika Hökuməti yanında Dövlət Gəlirləri Komitəsinə rəhbərlik edib.