Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası zamanı məlumat verilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiyası Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
Bu səbəbdən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb. Qanun səsə qoyularaq qəbul edilib.