Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının Tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsinə göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin bir sıra əməkdaşları Tərəqqi medalı ilə təltif ediliblər.