Vladimir Putin İlham Əliyevə təşəkkür etdi - RTV

Rusiya və Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olduğu bildirilib.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

Putin jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həmişə yüksək qiymətləndirilib və bu gün də bu səviyyədə qalır.

O, əlavə edib ki, Azərbaycanla hər zaman yaxşı əlaqələr olub, həm iqtisadi, həm də siyasi sahələrdə.

Putin xatırladıb ki, bir neçə il əvvəl müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb və münasibətlər də məhz bu xətt üzrə inkişaf edir.