Son dövrlərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azalması istiqamətində qadınların xeyrinə mühüm dəyişikliklər müşahidə olunur. Əgər əvvəlki illərdə bu fərq təxminən 54% təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən, artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67%-nə çatıb.
Milli Məclisin yay sessiyasının sonuncu plenar iclasında deputat Əli Məsimli bu barədə məlumat verib:
"Hesab edirəm ki, bu müsbət tendensiyadır."
Deputat əlavə edib ki, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların maaşı kişilərin maaşının 86-89%-ni təşkil edir.
"Bu isə beynəlxalq praktikada orta məqbul hesab olunan göstəricidən x