Jurnalistin 600 manatı ələ keçirildi - İqbal Ağazadənin adından dələduzluq - RTV

Tanınmış telejurnalist Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında İqbal Ağazadənin adına edilən dələduzluqla bağlı məlumat paylaşıb.

Ləman Ələşrəfqızı bildirib ki, İqbal Ağazadənin Telegram nömrəsi oğurlanıb və bu nömrədən "karta pul atın" kimi mesajlar göndərilir.

Jurnalist qeyd edib ki, dələduzlar İqbal Ağazadənin üslubunu təqlid edərək insanları aldadır. O, özü də bu dələduzluğun qurbanı olub və 600 manat pul itirib.

Ləman Ələşrəfqızı əlavə edib ki, dələduzlar əvvəlcə 300 manat, sonra isə 340 manat istəyiblər. O, şübhələndiyi üçün əvvəlcə 300 manat, sonra isə 420 manat pul göndərib.

İqbal Ağazadə də öz sosial şəbəkə hesabında bu barədə xəbərdarlıq edərək, nömrəsinin oğurlandığını və bu nömrəyə cavab verilməməsini xahiş edib.