24 aprelin hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 24 apreldə Azərbaycanda havanın 25 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. RTV xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 8-12 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 8-12 dərəcə, gündüz 20-25 dərəcə isti, dağlarda isə gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.