Milli Hidrometeorologiya Xidməti 25 aprel tarixinə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlayıb. Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilib. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz isə 15-18 dərəcə isti olacaq.
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraiti olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı qeyd edilib. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.