26 aprelin hava proqnozu açıqlandı - RTV

26 aprel tarixində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilib. Milli Hidrometrologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi qeyd edilib. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntının, şimşək çaxmasının və dolu düşməsinin ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 7-11 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı proqnozlaşdırılır.