Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR - RTV

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 29-u saat 23:59-dək şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.