Bakı məktəbində təhdidlə bağlı iddia - RTV

Aprelin 18-i axşam saatlarında sosial şəbəkə səhifələrində Bakı şəhəri, 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb. Məsələ ilə bağlı məktəb tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yayılan iddialarda məktəbin bir şagirdinin müəllim və şagirdlərin həyatına təhdidlə bağlı hədə səsləndirdiyi bildirilir. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində valideynlər övladlarını məktəbə göndərməkdə tərəddüd ediblər. Bu səbəbdən aprelin 20-si və 21-i tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.

Təhsil alanların və təhsil verənlərin təhlükəsizliyinin, eləcə də təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır.