Bakıda polisə silahlı müqavimət - Yaralı var - RTV

Bakıda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı polisə silahlı müqavimət göstərən şəxslər saxlanılıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Vəlihovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər də dəfələrlə məhkum olunmuş İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib. Saleh Vəlihov isə istintaqa təhvil verilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.