Bakıda, Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın hadisəsi baş verib. Tələbələrdən əldə olunan məlumata görə, yanğın universitetin əsas korpusunda qeydə alınıb.
Hadisə yerinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Hazırda tələbələr universitetin binasından təxliyə edilir.